Azərbaycan klubu rusiyalı voleybolçunun müqaviləsinin müddətini uzadıb

28 Sentyabr 2024 12:55 (UTC+04:00)

"Azərreyl"in kişilərdən ibarət komandası rusiyalı voleybolçunun müqaviləsinin müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serqey Platanenkov cari mövsümdə də Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edə ki, 27 yaşlı oyunçu 2023-cü ildən "Azərreyl"in formasını geyinir.