Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO

28 Sentyabr 2024 08:18 (UTC+04:00)

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.