Afra və Merte İspaniyadan böyük təklif

28 Sentyabr 2024 06:40 (UTC+04:00)

"Yalı Çapkını” serialındakı uğurlu çıxışları ilə dünya film şirkətlərinin diqqət mərkəzində olan Afra Saraçoğlu və Mert Ramazan Demirə böyük iş təklifi gəlib. SİA Türkiyə mətbuatına istinadən bildirir ki, onların İspaniyadan dəvət aldığı məlum olub. Təklifi müsbət qarşılayan cütlüyün yaxın günlərdə birlikdə İspaniyaya gedəcəyi iddia olunub.