Netanyahuya görə zalı tərk etdilər

28 Sentyabr 2024 03:02 (UTC+04:00)

Ərəb nümayəndə heyətləri İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışının əvvəlində etiraz əlaməti olaraq BMT Baş Assambleyasının zalını tərk ediblər. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Sədr Netanyahunu kürsüyə dəvət edərkən onlarla ərəb diplomatı ayağa qalxaraq zalı tərk etməyə başlayıb.