Azərbaycan banklarının faiz gəlirləri 1,8 milyard manatı keçdi

28 Sentyabr 2024 03:37 (UTC+04:00)

2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis faiz gəlirləri 1 milyard 838,4 milyon manat olub. SİA bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici avqustun 1-nə olan dövr ilə müqayisədə 150,9 milyon manat və ya 8,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 221,5 milyon manat və ya 13,7% çoxdur.

2023-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 687,5 milyon manat olub.

Bu ilin 1 avqust vəziyyətinə bu göstərici 1 milyard 616,9 milyon manat təşkil edib.