Bu gün Ukrayna Silahlı Qüvvələrində 68 min qadın xidmət edir

28 Sentyabr 2024 00:24 (UTC+04:00)

...Ukrayna Silahlı Qüvvələrində qadınların ümumi sayı 68 min nəfərdir, onlardan 48 mindən çoxu hərbçidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Lyudmila Daraqan gender bərabərliyi mövzusunda keçirilən beynəlxalq seminarda danışıb.

Belə ki, o, Ukrayna Silahlı Qüvvələrində qadınların ümumi sayının 68 min nəfər olduğunu, onlardan 48 mindən çoxunun hərbçi olduğunu bildirib.

Bilavasitə döyüş bölgəsində təxminən 5 min hərbi qulluqçu var.

…Bu gün ukraynalı qadınlar hər yerdədir - arxa cəbhədə dayanır, çətin vəzifələrdə işləyir, Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşürlər. Onlar sübut edir ki, insanları cinsinə görə deyil, imkanlarına, səmərəliliyinə və intellektinə görə qiymətləndirmək lazımdır.

Bunu Daraqan bildirib.

Əli Babayev