Naxçıvanda media nümayəndələri şəhidlərin xatirəsini anıblar

27 Sentyabr 2024 21:46 (UTC+04:00)

Bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında Anım Günü ilə əlaqədar səhər saatlarından başlayaraq Vətən uğrunda canlarını fəda edən oğulların yaxınları, hökumət və ictimaiyyət nümayəndələri şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Naxçıvan Televiziyası və "Şərq qapısı" qəzetinin kollektivi də Şərur rayonundakı Şəhidlər xiyabanını ziyarət edib, məzarlar önünə gül dəstələri düzərək Vətən oğullarının əziz xatirəsinə ehtiramlarını göstəriblər.