FİDE nümayəndələri Rusiyanı hədələyiblər?

27 Sentyabr 2024 22:33 (UTC+04:00)

Rusiya şahmat yığmalarının baş məşqçisi Sergey Yanovski TASS-a müsahibəsində bildirib ki, Rusiya Şahmat Federasiyasının (RFC) hüquqlarının bərpası məsələsi üzrə səsvermədə iştirak edən nümayəndələrə təzyiq edilib.

Onun sözlərinə görə, seçicilərə yönəlmiş təhdidlərə görə Rusiya rəsmən öz hüquqlarını bərpa etməyib.

..Bir çox nümayəndələr böyük təzyiq altında olduqları və Rusiyaya qarşı sanksiyaların ləğvini dəstəkləsələr, bu məsələyə sırf siyasi müstəvidə baxılacaqları barədə məlumat paylaşıblar. Sonra onlara hədə-qorxu gəlib ki, öz ölkələrində şahmat sahəsində işləmək imkanından məhrum olacaqlar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Yanovski bildirib.

Nazlı Almuradova