Tramp Zelenskiyə söz verib

27 Sentyabr 2024 21:33 (UTC+04:00)

…ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya səfər edəcəyinə söz verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Fox News xəbər verir.

Trampın sözlərinə görə, o, gələcəkdə Ukraynaya səfər etməyi planlaşdırır. Bundan əlavə, keçmiş prezident Vladimir Zelenski ilə yeni görüşü istisna etmədiyini də bildirib. Tramp konkret tarixlər açıqlamayıb, lakin yaxın vaxtlarda Zelenski ilə görüşə biləcəyini bildirib. Ola bilər ki, baş tutsun.

Tramp bunu jurnalistin müvafiq sualını cavablandırarkən deyib.

Xatırladaq ki, Trampla Zelenski arasında görüş təxminən 15 dəqiqə davam edib.

Bundan əvvəl Tramp və Zelenski Nyu-Yorkda görüşüblər.

Əli Babayev