"Araz-Naxçıvan" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

27 Sentyabr 2024 21:24 (UTC+04:00)

Futbol üzrə Misli Premyer Liqasında VIII tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Araz-Naxçıvan” Sumqayıtdakı “Kapital Bank Arena”da “Səbail”i qəbul edib. Oyun nominal ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Naxçıvan təmsilçisi 16 xalla 1-ci pilləyə yüksəlib. Bakı klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 28-29-da oynanılacaq.