Tramp Zelenski ilə dialoqa Putin haqqında sözlərlə başlayıb

27 Sentyabr 2024 20:35 (UTC+04:00)

…ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Vladimir Zelenski ilə görüşünə Rusiya lideri Vladimir Putin haqqında sözlərlə başlayıb.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüşün əvvəlində Tramp Zelenski və Putinlə yaxşı münasibətlərinin olduğunu bildirib. Zelenski cavab olaraq “onların daha yaxşı münasibətlərə sahib olacağına” ümid etdiyini ifadə edərək, respublikaçı “tanqoya iki lazımdır” deyib.

…Düşünürəm ki, seçkidə qalib gəlsəm, prezident vəzifəsinə başlamazdan əvvəl də hər iki tərəfə uyğun bir həll yolu tapa biləcəyik, - deyə Tramp dialoqu davam etdirərək, həll etmək üçün "hər iki tərəflə" işləməyə hazır olacağını qeyd edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bu posta əsas namizədlər Tramp və vitse-prezident, Demokratlar Partiyasının namizədi Kamala Harrisdir.

Əli Babayev