Rəcəb Tayyib Ərdoğan Bakir İzzetbeqoviçi qəbul edib

27 Sentyabr 2024 19:46 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Demokratik Hərəkət Partiyasının (SDA) sədri Bakir İzzetbeqoviçi qəbul edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində baş tutan görüş mətbuata qapalı keçirilib.