Mahaçqalada yanacaqdoldurma məntəqəsində güclü partlayış...

27 Sentyabr 2024 19:11 (UTC+04:00)

...Mahaçqalanın kənarında yerləşən yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

SİA xəbər verir ki, bu barədə “İzvestiya”nın müxbiri Murad Maqomedov hadisə yerindən məlumat verib.

Jurnalistin sözlərinə görə, dağılmış yanacaqdoldurma məntəqəsinin içərisində alov hələ də yanmaqdadır.

Ətrafa toplaşan insanlar yanacaqdoldurma məntəqəsindən uzaq durmağa çalışırlar, çünki növbəti partlayış təhlükəsi var.

Fövqəladə hallar xidməti hələlik hadisə yerinə çatmayıb və mümkün itkilər barədə heç nə məlum deyil.

Əli Babayev