Finlandiya NATO-nun qərargahını Rusiya ilə sərhəddə yerləşdirir..?

27 Sentyabr 2024 18:07 (UTC+04:00)

Finlandiya Müdafiə Nazirliyi Rusiya sərhədindən 140 km aralıda yerləşən Mikkeli şəhərində NATO-nun quru qoşunlarının komanda məntəqəsinin yerləşdirilməsi barədə qərar qəbul edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə hərbi idarənin rəsmi saytında məlumat verilib.

Ölkənin Müdafiə Nazirliyinin rəhbəri Antti Hakkänen qeyd edib ki, Finlandiya quru qoşunları komandanlığının qərargahı artıq Mikkelidə yerləşir və onu Şimali Atlantika Alyansı bazası ilə birləşdirməklə Finlandiya “koordinasiya arasında mümkün olan ən yaxşı sinerji əldə edəcək.

Bunu “The Moscow Times” yazır.

…Normal şəraitdə baza NATO təlimlərinə və “bölgədə digər dinc fəaliyyətlərə” cavabdeh olacaq.

Bunu da Finlandiya Müdafiə Nazirliyi bildirib.

…Böhran baş verərsə, qərargahda Şimali Atlantika Alyansının quru qoşunlarının əməliyyatlarının rəhbərləri yer alacaq. Komandanlığa həm Müttəfiqlərin, həm də Finlandiya müdafiə qüvvələrinin şəxsi heyəti daxil olacaq.

Əli Babayev