Yunanıstanda Qərbi Nil virusundan 3 nəfər ölüb

27 Sentyabr 2024 17:58 (UTC+04:00)

Yunanıstanda son bir həftədə Qərbi Nil virusundan 3 nəfər ölüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yunanıstan Milli Xalq Sağlamlığı Qurumunun verdiyi açıqlamada, son bir həftədə ölkədə Qərbi Nil virusuna yoluxma sayının 12-yə yüksəldiyi qeyd olunub.

Bəyanatda son bir həftədə virusa yoluxan 3 nəfərin öldüyü bildirilib.

Qeyd olunub ki, cari ilin əvvəlindən etibarən virusa yoluxanların sayı 192 nəfərə yüksəlib. Yoluxma sayında artımın ola biləcəyi qeyd olunub. Yoluxma faktlarının Larisa, Lefkada, Preveze, Halkidiki, Pella, Pieria, Serres, Rodop, Drama, Meriç, Ksanti, Kavala, Tassos və Afinada qeydə alındığı bildirilib.