Ayılar az qala evlərə girələr…

27 Sentyabr 2024 23:04 (UTC+04:00)

…Petropavlovsk-Kamçatskidə ayılarla bağlı vəziyyət kritik həddə yaxınlaşmaqdadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, şəhər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Məsələ bundadır ki, ayılara yollarda, yaşayış binalarının həyətlərində və hətta məktəblərin yaxınlığında rast gəlinir.

Bu günlərdə ərazilərin birində bütöv bir ailə - balaları olan ana ayı görünüb. Digərində isə şəxsi evin həyətinə gizlicə girən heyvan itin qabından onun yeməyi yemək bir tərəfə, az qala ev heyvanının özünü öldürəcəkmiş.

…Kamçatka boyu isə təkcə bu ay ayı görən vətəndaşlardan 250-dən çox şikayət daxil olub. Hazırda yaşayış məntəqələrində xüsusi patrullar təşkil edilib.

Qeyd edilməlidir ki, yırtıcıların insanlara çıxması artıq geniş yayılıb. Üstəlik, heyvanlar şəhərin səs-küyündən qorxmur. Ona görə də yeganə yol heyvanları vurmaqdır. Son bir həftə ərzində 30-a yaxın ayı məhv edilib.

Bunu Yerli Meşə Təsərrüfatı Nazirliyi bildirib.

Nazlı Almuradova