Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhidlərin xatirəsini anıb - FOTO

27 Sentyabr 2024 17:10 (UTC+04:00)

27 Sentyabr – Anım Günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib. Komitənin mətbuat xidmətindən SİA-ya bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olan Vətən övladları ehtiramla yad edilib. Qəhrəman şəhidlərimizə ehtiramın ifadəsi olan xatirə daşının önünə gül dəstələri düzülüb.