Ombudsman Aparatının kollektivi Zəfər parkında şəhidlərin əziz xatirəsini yad edib - FOTO

27 Sentyabr 2024 16:58 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi 27 Sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib. Qurumun mətbuat xidmətindən SİA-ya bildirilib ki, ombudsman və Aparatın əməkdaşları xatirə daşının önünə tər güllər düzüb, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.