“Birləşməsək, ölkə parçalanacaq” - Pezeşkiandan xəbərdarlıq

27 Sentyabr 2024 16:25 (UTC+04:00)

İran prezidenti Məsud Pezeşkian ölkənin parçalanmaması üçün gərginliyə son qoymaq və ölkədə daxili birliyi təmin etmək istədiklərini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pezeşkiyanın dünən ABŞ-da iranlılarla görüşünün görüntüləri ölkə mətbuatında yayılıb.

Pezeşkian görüşdə ölkədəki böhranların fəsadları ilə bağlı xəbərdarlıq edib və gərginliyin davam edəcəyi təqdirdə ölkənin parçalana biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Allah eləməsin, ölkədə nəsə baş versə, Azərbaycan öz üzərində bir dövlətə çevriləcək. Kürdüstan öz başına bir dövlət olacaq, Xuzistan başqa, Bəlucistan başqa, yəni İran olmayacaq. Bu, xaosa çevriləcək. Ölkəmizdə xaos olmasını istəmirik. Biz ölkədə birliyi təmin etmək istəyirik".

Pezeşkian Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün getdiyi ABŞ-də iranlılarla görüşüb.