İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkında olub - FOTOLAR

27 Sentyabr 2024 16:05 (UTC+04:00)

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun şücaəti ilə doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə vətənpərvərlik, qətiyyət və həmrəyliyin təntənəsidir. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, 27 Sentyabr - Anım Günündə nazirliyin kollektivi Vətən müharibəsində əldə edilmiş şanlı qələbənin, Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin əziz xatirəsinə ehtiramın növbəti ifadəsi olan Zəfər Parkında olublar.

Parkdakı xatirə daşının önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımız dərin hörmətlə yad edilib.