Liqa mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu açıqlanıb - UEFA Avropa Liqası

27 Sentyabr 2024 16:01 (UTC+04:00)

UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu açıqlanıb. SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, doğma meydanda Yunanıstan təmsilçisi "Olimpiakos"u qəbul edən Fransanın "Lion" kollektivinin futbolçusu Rayan Çerkinin qolu ən yaxşı seçilib.

"Qarabağ"ın Avropa Liqasında rəqibi olan "Lion" sözügedən matçda 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Pavel Şults ən yaxşı qola digər namizəd olub.