Azərbaycan XİN Türkmənistanı təbrik edib

27 Sentyabr 2024 15:18 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Qardaş Türkmənistanı və onun xalqını Milli Günü münasibətilə ürəkdən təbrik edirik! Müstəqillik gününüz mübarək”, - paylaşımda qeyd edilib.