Baş Prokurorluğun rəhbər heyəti Zəfər parkında olub - FOTOLAR

27 Sentyabr 2024 14:59 (UTC+04:00)

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti paytaxtda yerləşən Zəfər parkında olub. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.