Xətaidəki güclü yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-5

27 Sentyabr 2024 14:56 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.