Azərbaycan Pakistanla investisiya imkanlarını genişləndirməyi müzakirə edib

27 Sentyabr 2024 14:41 (UTC+04:00)

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin ədliyyə naziri Əzəm Nazir Tatar ilə iki ölkə arasında investisiya imkanlarının genişləndirilməsini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Pakistan tərəfinin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“Nazirlə Azərbaycanın səfiri arasında məhsuldar görüş olub. Əlaqələrin möhkəmləndirilməsi, hüquqi əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib”, - paylaşımda bildirilib.