Enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

27 Sentyabr 2024 14:21 (UTC+04:00)

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov slovakiyalı həmkarı Kamil Şaşko ilə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında K.Şaşkonun Azərbaycana səfərinin yekunlarına dair məlumatda deyilir.

“Biz nazir müavinləri arasında ikitərəfli məsləhətləşmələrin nəticələrindən məmnunuq”, - səfirliyin məlumatda bildirilib.

Qeyd olunub ki, enerji, regional inkişaf, turizm və nəqliyyat məsələləri ilə bağlı müzakirələr aparılıb.