MOİK-in məşqçisi 5 oyunluq cəzalandırılıb

27 Sentyabr 2024 14:03 (UTC+04:00)

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb. SİA-nın AFFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Futbolçu I Liqanın III turunda keçirilən MOİK - “Difai” matçının (2:2) 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün cəzalandırılıb.

MOİK komandası isə buna görə 400 manat cərimələnib.