22 terrorçu zərərsizləşdirilib

27 Sentyabr 2024 13:57 (UTC+04:00)

İraqın şimalındakı Qara və Asos bölgələrində 21 PKK/YPG terrorçusu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında belə deyilib:

"Terrorçular onları gözləyən sondan qaça bilməzlər! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalındakı Qara və Asos bölgələrində müəyyən edilən 21 PKK terrorçusu, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Harada olurlarsa-olsunlar, Mehmetçik terrorçuların boynunda olmağa davam edəcək!".