Xətai rayonunda yanğın başlayıb - FOTO

27 Sentyabr 2024 13:48 (UTC+04:00)

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb. SİA xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.