Millimiz Ermənistanı məğlub etdi

27 Sentyabr 2024 13:32 (UTC+04:00)

Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib. SİA xəbər verir ki, komandamızın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.

Qeyd edək ki, voleybolçularımızın növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.