"Ordu" klubu daha bir basketbolçunun transferini reallaşdırıb

27 Sentyabr 2024 11:09 (UTC+04:00)

"Ordu" klubu daha bir basketbolçunun transferini reallaşdırıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Səid İsmayılovla 1 illik müqavilə imzalanıb.

Son mövsümü “Xəzri” klubunda keçirən S.İsmayılov həm də Azərbaycanın U-20 millisinin kapitanıdır.