“Qarabağ” – “Malmö” oyunun biletləri satışa çıxarılır

27 Sentyabr 2024 10:53 (UTC+04:00)

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq. SİA xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri: iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;