8 Noyabr prospektində avtomobil piyadanı vuraraq öldürüb

27 Sentyabr 2024 09:15 (UTC+04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, Xətai rayonu, 8 Noyabr prospektində Zamiq Abbasov idarə etdiyi "Toyota" markalı avtomobillə piyada Sahib Məmmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.