İsrailin mövqelərinə növbəti hücum olub

27 Sentyabr 2024 06:48 (UTC+04:00)

İraqın İslam Müqaviməti İsrailin nəzarəti altında olan Qolan Təpələrindəki hədəfə pilotsuz təyyarə ilə hücum edib. SİA xəbər verir ki, bu barədə qrupun "Telegram" kanalında məlumat verilib .

Qeyd edilib ki, hücum Fələstin və Livan xalqlarına dəstək məqsədilə həyata keçirilib. Qrup İsrail ordusunun qalalarını “artan sürətlə” məhv etməyə davam edəcəyinə söz verib.