Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

27 Sentyabr 2024 06:02 (UTC+04:00)

Bu gün Ankaranın Oran rayonunda yerləşən “Şuşa” Konqres Mərkəzində Azərbaycanın 27 Sentyabr - Anıma Gününə həsr olunmuş genişmiqyaslı tədbir keçiriləcək. SİA xəbər verir ki, tədbirin təşəbbüskarı Azərbaycanın Türkiyədəki səfirliyidir.

Proqrama təşkilati dəstəyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu göstərib.

Tədbir iştirakçıları ölkəmizin bütövlüyü və birliyi uğrunda canlarından keçmiş Azərbaycan övladlarının əziz xatirəsini ehtiramla yad edəcəklər.

Tədbirdə iki ölkənin diplomatlarının, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin iştirakı planlaşdırılır.