Baydenlə Zelenski bu dəfə Almaniyada görüşəcək

27 Sentyabr 2024 03:08 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski oktyabrın 12-də Almaniyada görüşəcək. SİA xəbər verir ki, bu haqda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Onun sözlərinə görə, xüsusilə siyasətçilər Ukrayna liderinin sülh planını müzakirə edəcəklər.

Qeyd edək ki, prezidentlər ötən gün Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində də görüşmüşdü.