Avropa Liqası: “Fənərbağça” qalib gəlib, “Beşiktaş” məğlub olub

27 Sentyabr 2024 01:11 (UTC+04:00)

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda növbəti oyunlar keçirilib. SİA xəbər verir ki, Türkiyənin daha 2 təmsilçisi turnirin Liqa mərhələsində mübarizəyə başlayıb.

“Fənərbağça” İstanbulda Belçikanın “Union” komandasını qəbul edib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Beşiktaş” isə Niderlandda “Ayaks”a 0:4 hesabı ilə uduzub.

UEFA Avropa Liqası

Liqa mərhələsi, I tur

26 sentyabr

“Fənərbağça” (Türkiyə) - “Union” (Belçika) - 2:1

“Malmö” (İsveç) - “Reyncers” (Şotlandiya) - 0:2

“Roma” (İtaliya) - “Atletik” (İspaniya) - 1:1

“Ayaks” (Niderland) - “Beşiktaş” (Türkiyə) - 4:0

“Ayntraxt” (Almaniya) - “Viktoriya” (Çexiya) - 3:3

“Braqa” (Portuqaliya) - “Makkabi” (Təl-Əviv, İsrail) - 2:1

“Lion” (Fransa) - “Olimpiakos” (Yunanıstan) - 2:0

FKSB (Rumıniya) - RFS (Latviya) - 4:1

Qeyd edək ki, liqa mərhələsində ilk tura sentyabrın 25-də start verilib.