Avropa Liqası: “Qarabağ” “Tottenhem”ə məğlub olub - YENİLƏNİB

27 Sentyabr 2024 01:56 (UTC+04:00)

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” oyunu başa çatıb. SİA xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan görüş “Tottenhem”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.