Hindistanda dini ayin zamanı 46 nəfər boğularaq ölüb

26 Sentyabr 2024 22:25 (UTC+04:00)

Hindistanın Bihar ştatında dini ayin zamanı 37-si uşaq olmaqla 46 nəfər boğularaq ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Hindustan Times” qəzetinin yaydığı məlumatda bildirilib.

Dövlət orqanları 15 müxtəlif bölgədə dini ayinlər zamanı baş verən hadisələr znəticəsində 37-si uşaq olmaqla 46 nəfərin həyatını itirdiyini açıqlayıb.

Səlahiyyətlilər itkin düşmüş şəxslərin axtarışlarının davam etdiyini bildiriblər.

Ştatın Baş naziri Nitiş Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini açıqlayıb.