Ukrayna Gürcüstanı hərbi dağıntıların fotolarına görə qınayır

26 Sentyabr 2024 20:43 (UTC+04:00)

Siyasi reklamlarda müharibə dağıdıcı təsvirlərin istifadəsi yolverilməzdir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) özünün Telegram kanalında məlumat yayıb.

Söhbət Ukraynada hərbi dağıntıların fotolarından istifadədən gedir. Departament hakim “Gürcü arzusu” partiyasını daxili siyasi mübarizədə münaqişə mövzusundan istifadə etməkdən çəkinməyə çağırıb.

Əli Babayev