"Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü" adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

26 Sentyabr 2024 19:38 (UTC+04:00)

Bu gün, 26 sentyabr tarixində Gülüstan sarayında "Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü" adlı tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni, sonra isə Çin Xalq Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə, Azərbaycan və Çinin rəsmi dövlət nümayəndələri iştirak edirlər. Əvvəlcə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev açılış nitqi ilə çıxış edib.