"Gəncə" ukraynalı basketbolçunu heyətinə qatıb

26 Sentyabr 2024 12:02 (UTC+04:00)

"Gəncə" heyətini ukraynalı basketbolçu ilə gücləndirib. SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Vladislav Frolovla bir mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, mərkəz oyunçusu ötən mövsüm "Neftçi"nin formasını geyinib.