“SAF bu il 220 000 şagirdi əhatə edəcək”

26 Sentyabr 2024 11:15 (UTC+04:00)

“Artıq 4-cü dəfə STEAM Azərbaycan Festivalı keçiriləcək. Lakin bu ilki festival mahiyyət etibariləm daha fərqli olacaq. Belə ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar festivalda da bu məqamlar xüsusi vurğulanır və bu il Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı kimi adlandırılıb”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı STEAM Azərbaycan layihəsinin rəhbəri İlqar Nəzərov deyib.

O bildirib ki, bu il layihənin tətbiqi ibtidai siniflər yəni, 4-cü siniflərə də aid edilib: “Ümumilikdə layihə 398 orta ümumtəhsil məktəbi olmaqla 220 000 şagirdi əhatə edəcək”.