“Ordu” klubu daha bir basketbolçunun transferini reallaşdırıb

26 Sentyabr 2024 10:48 (UTC+04:00)

“Ordu” klubu daha bir basketbolçunun transferini reallaşdırıb. SİA-nın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, gənc oyunçu Emil Əliyevlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 192 sm boya malik E.Əliyev Azərbaycanın U-16 millisinin üzvüdür.