Makron Ukraynaya hərbi yardım vəd edib

26 Sentyabr 2024 00:56 (UTC+04:00)

…Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya hərbi yardım göndərməyə davam edəcəyini bildirib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Xatırladaq ki,Makron bununla bağlı Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Fransa Ukraynanın uzunmüddətli perspektivdə öz təhlükəsizliyini təmin etməsində maraqlıdır.

…Bizim ümumi marağımız ondan ibarətdir ki, Ukrayna mümkün qədər tez öz hüquqlarını bərpa etsin və uzunmüddətli sülh bərqərar olsun.

…Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək. Bu, Ukrayna müqavimətini dəstəkləyəcək və onlara uzunmüddətli perspektivdə təhlükəsizliyi təmin etməyə kömək edəcək.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Fransa Ukraynada bir kəndin adının dəyişdirilməsinə qarşı çıxıb.

Əli Babayev