Soçinin keçmiş meri Kopayqorodski saxlanılıb

25 Sentyabr 2024 21:56 (UTC+04:00)

Soçi şəhərinin keçmiş meri Aleksey Kopayqorodski saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Mash Telegram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, bundan bir qədər əvvəl Kopayqorodski könüllü olaraq xüsusi hərbi əməliyyat zonasına gedib.

Ötən gecə o, Luqanskda saxlanılaraq Moskvaya aparılıb. Onun və iş üzrə digər təqsirləndirilən şəxslərin evində artıq axtarış aparılıb.

Onun həyat yoldaşı Anastasiya Qredina da dindirilib. Cinayət işinin hansı maddə ilə başlandığı açıqlanmır.

Əli Babayev