"Barselona” “Yuventus”un sabiq qapıçısı ilə razılığa gəldi

25 Sentyabr 2024 21:12 (UTC+04:00)

Polşalı qapıçı Voyçex Şensnı “Barselona” ilə razılığa gəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 34 yaşlı futbolçu bu ilin yayında karyerasını bitirməyinə baxmayaraq, İspaniya klubunun təklifini qəbul edib. Onunla tibbi müayinədən keçdikdən sonra bir illik müqavilə imzalancağı bildirilir.

Qeyd edək ki, daha əvvəl “Barselona”nın əsas qapıçısı Mark-Andre Ter Ştegen zədə səbəbindən 8 aylıq sıradan çıxıb.