Rusiyada yeni cərimə peyda olacaq

25 Sentyabr 2024 18:25 (UTC+04:00)

…Dövlət Duması birinci oxunuşda ev heyvanlarının saxlanmasına dair tələblərə əməl edilməməsinə görə cəzaları sərtləşdirən qanun layihəsini qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gazeta.Ru yazır.

Portalın məlumatına görə, Rusiyada artıq "Heyvanlarla məsuliyyətli rəftar haqqında" qanun var, ona görə sahiblər ev heyvanlarını saxlamaq üçün müəyyən tələblərə əməl etməli və onları pozduqlarına görə məsuliyyət daşıya bilərlər.

Qeyd edək ki, indiki İnzibati Xətalar Məcəlləsində bunu cəzalandıran maddə yoxdur.

Dəyişikliklərə görə, ilk pozuntuya görə xəbərdarlıq və ya 500-dən 1,5 min rubla qədər, fərdi sahibkarlar üçün - 3-5 min rubla qədər cərimə ediləcək. Təkrar pozuntu üçün fiziki şəxslər 1,5-3 min, sahibkarlar isə 5-10 min rubl ödəməli olacaqlar.

Əli Babayev