Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İsrailin Fələstindən sonra Livanda törətdiyi qətliamlara sərt reaksiya verib.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyaya rəsmi səfər edən Numan Kurtulmuş paytaxtı Moskvada görüşlərini davam etdirir.
Numan Kurtulmuş Rusiya Federasiya Şurasının Baş Assambleyasında çıxış edib.
İsrailin təcavüzünə reaksiya verən Numan Kurtulmuş bütün bəşəriyyətin ağır sınaq qarşısında olduğunu bildirib.
Qərb dünyasının İsrailin təcavüzünü dəstəklədiyini bildirən Numan Kurtulmuş deyib: "Livana qarşı kiber hücumlar artıq ''bardağı daşıran son damla'' olub. Bütün ölkələrin İsrailə “dur” deməsinin vaxtı gəlib çatıb''.
Türkiyə Böyük Millət Məclisinin sədri bəyan edib ki, İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq məhkəmələrdə mühakimə olunacaq və lazımi cəzaları alacaq”.
Numan Kurtulmuş onu da bildirib ki, suveren Fələstin dövləti mütləq qurulacaq və bəşəriyyət tərəfindən tanınacaq.