Zelenski Harrislə “həyasızcasına bir yerdə oynayır”

25 Sentyabr 2024 17:54 (UTC+04:00)

Vladimir Zelenskinin ABŞ prezident seçkiləri ərəfəsində Pensilvaniyaya səfəri onun Demokrat Partiyasının namizədi Kamala Harrislə “həyasızcasına oynamaq” cəhdlərindən xəbər verir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

O qeyd edib ki, Amerika administrasiyası digər ölkələrin, o cümlədən Rusiyanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı “dəli kimi qışqırır”.

…Eyni zamanda, Ukraynanın çılğın narkotik prezidenti Zelenski Pensilvaniya ştatına səfər edərkən utanmadan Kamala ilə birlikdə oynayır.

Bunu Medvedev yazıb.

Qeyd edək ki, bundan əvvəl bir qrup ABŞ konqresmeni Zelenskinin Pensilvaniyadakı hərbi zavoda səfərini araşdırmağı tələb etmişdi.

Əli Babayev